Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin liderliyi ilə 3 ay (iyul - sentyabr 1920-ci il) müstəqil olan qısa ömürlü dövlət

Güney Azərbaycan Demokrat Firqəsi açıq fəaliyyətə 1917-ci ildə başlamış, həmin il aprelin 9-da "Təcəddüd" qəzetinin ilk sayı nəşr edilmişdir
I Dünya Müharibəsində İran torpaqlarını işğal edən Osmanlı ordusu Təbriz və Urmiya şəhərlərini tutmuşdur. Osmanlı ordusunun Azərbaycan bölgəsini işğal etməsinin əleyhinə çıxan Şeyx Məhəmməd Xiyabani və yoldaşları həbs edilir və qoşunlar Təbrizi tərk etdikdə onları da özləri ilə aparırlar. Noyabr 1918-ci ildə Osmanlı ordusunun geri çəkilməsindən sonra Xiyabani İrana qayıtmış və Azərbaycan Demokrat Partiyasının fəaliyyətini yenidən canlandırmışdır
1920-ci ilin may ayında Təbrizdə Demokrat Firqəsinin rəhbərliyi ilə böyük mitinq təşkil edildi. Mitinqdə imperialistlərin və İran irticaçı qüvvələrinin əleyhinə mübarizəni daha da gücləndirməyə çağırışlar səsləndirildi. Mitinq iştirakçıları təklif etdilər ki, Azərbaycan bütün İran tarixi boyu həmişə azadlıq uğrunda qabaqcıl olmuşdur. Bu səbəbdən də onun Azərbaycan əyaləti yerinə "Azadıstan" (azadlıq ölkəsi) adlanması daha düzgündür və təklif iştrakçılar tərəfindən qəbul edildi.
Bu mitinqdən sonra qiyam hərəkatı Azərbaycanın digər şəhərlərinə, Zəncan, Marağa, Miyana, Əhər, Xoy və daha sonra Ərdəbilə də yayıldı.1920-ci il 22 iyunda Azərbaycan Demokrat Firqəsi ümumi səslə milli hökumətin qurulması haqqında qərar qəbul etdi və Şeyx Məhəmməd Xiyabani milli hökumətin sədri seçildi. 1920-ci il iyunun 22-də hökumət başçısı kimi Xiyabani Alaqapıya köçdü. Bu, Güney Azərbaycan tarixində yaranmış ilk demokratik milli hökumət idi. "Azərbaycan" sözü yerinə bütün lövhələrdə, dövlət vərəqələrində "Azadistan əyaləti" yazıldı. Xiyabaninin əleyhinə olan bir sıra şəxslər, o cümlədən doktor Zeynalabdin xan, Mirzə Bağır Təliə, Hüseynağa Fişəngçi ("Təbriz" qəzetinin redaktoru), Sultanzadə və başqaları qiyam əleyhinə fəaliyyətə başlayıb, gizlincə Eynüddövlənin yanına gedirdilər. Digər bir dəstə isə alman "Kart Vispço" təşkilatının əlaltısı, "Klidi-nicat" qəzetinin redaktoru Q.Rzazadənin rəhbərliyi ilə Sosial-demokrat Partiyası ünvanı altında Azərbaycan Demokrat Partiyası əleyhinə fəaliyyət göstərməyə başladı. Təbrizin vəziyyətini öyrənmək üçün buraya gəlmiş İngiltərə siyasi idarə rəisi Xiyabani ilə görüşərək onunla söhbətləşmiş və Azərbaycanın tələblərinin nə olduğunu soruşmuşdur. Xiyabani demişdir: "Azərbaycan İranın ayrılmaz əyalətidir. Azərbaycan əhalisi öz qanları bahasına aldıqları konstitusiyanın icrasını və əməldə məşturə rejimini qoruyub, bütün ölkədə islahat aparılmasını istəyir".
Xiyabani milli hökumətin rəhbəri kimi Təbrizdə bir çox islahatlar aparmağa başladı. O cümlədən: jandarm təşkilatını genişləndirərək, öz başçılığı ilə Milli Qvardiya yaratdı. Məşhur azərbaycanlı maarifpərvər Əbülqasım Füyuzatı maarif rəisi təyin etdi. "Məhəmmədiyyə" və "Hikmət" adlı iki qadın məktəbi açdı. Məktəblərdə təhsilin Azərbaycan dilində keçilməsinə göstəriş verdi. Bakıdan "İttihadiyyeyi-iraniyan" məktəbindən bir neçə müəllim çağırdı. Məktəblərdə fars dilni Azərbaycan dilində öyrənməyə göstəriş verdi. Tehrandan göndərilmiş maliyyə rəisi və hakim müavini Tehrana qaytarılıb, yeni şəxslər təyin edildi. Xiyabani əyalətdə əmin-amanlığın bərpa edilməsinə çox əhəmiyyət verirdi. Təbrizə gələn xaricilər Xiyabani milli hökumətin başçısı olduğu zaman əyalətdəki yüksək dərəcədə olan əmin-amanlıq haqqında danışırdılar. Bütün idarə işləri, nəşriyyat, mitinqlər və çıxışlar türk dilində aparılırdı
Müxbirüssəltənə qiyam və qiyamçıları məhv etmək üçün Təbriz Milli Qvardiyasının rəisi Bağır xan Salarimillinin oğlu Mirzə Hüseyn xan Haşimini (sərtib Haşimi) və Təbriz kazak rəisini razı etdikdən sonra Alaqapıya hücum etməyi əmr etmişdir. Dörd gün davam edən qarşıdurmadan sonra Azadıstan” höküməti ləğv edilmişdir. Xiyabani 14 sentyabr 1920-ci ildə öldürülmüşdür


مشخصات

  • جهت مشاهده منبع اصلی این مطلب کلیک کنید
  • کلمات کلیدی منبع : azərbaycan ,xiyabani ,milli ,demokrat ,sonra ,əleyhinə ,milli hökumətin ,azərbaycan demokrat ,şeyx məhəmməd ,xiyabani milli ,göstəriş verdi ,xiyabani milli hökumətin ,şeyx məhəmməd xiyabani ,azərbaycan demokrat firqəsi
  • در صورتی که این صفحه دارای محتوای مجرمانه است یا درخواست حذف آن را دارید لطفا گزارش دهید.

تبلیغات

محل تبلیغات شما
محل تبلیغات شما محل تبلیغات شما

آخرین وبلاگ ها

برترین جستجو ها

آخرین جستجو ها

در جستجوی لبخند ساخت غرفه نمایشگاهی رایکا دیزاین شعر تایپ ارزان اشخان Zeynep باشگاه فرهنگی ورزشی پیام نوین اردبیل دختری درمه Kimberly Erin