Məlum olduğu kimi, İkinci dünya müharibəsinin başlanılması Böyük
Britaniya ilə yanaşı Sovetlər Birliyi hərbi hissələrinin İran adlanan
ölkənin ərazisinə daxil olması ilə yekunlaşdı. Bu isə, eyni zamanda,
ölkənin Rza şahın başçılıq etdiyi istibdad rejiminin süqutuna gətirib
çıxardı. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin
yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasına gətirib
çıxarmış oldu. Demokratik proses ölkənin müxtəlif bölgələrində fərqli
formalarda təzahür edirdi. Güney Azərbaycanda isə bu milli-azadlıq
hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli
Hökümətinin yaranması ilə nəticələndi
Azərbaycan Milli Höküməti
Azərbaycan türklərinin apardığı uzun illik milli-azadlıq hərəkatının
təbii yekunu kimi şərtlənməkdədir. Seyid Cəfər Pişəvərinin başçılığı ilə
aparılan 21 Azər hərəkatı 12 dekabr 1945-ci ildə Azərbaycan Milli
Hökümətinin qurulması ilə nəticələnir. Ona görə də tarixi-siyasi
ədəbiyyatda Azərbaycan Milli Höküməti 21 Azər hərəkatı adı ilə
tanınmaqdadır
Azərbaycan Milli Höküməti İran adlanan ölkədə
Azərbaycan türklərinin milli muxtariyyət hüququnu tanıyan bir hökümət
kimi fəaliyyətə başlamış, daha sonra isə siyasi istiqamətini müstəqil
dövlətçilik səmtinə yönləndirmək məramı izləmişdir
ادامه مطلب
درباره این سایت